Logo

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

26.04.2024 18:10 211 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov “Şəhər və onun ətrafı: müasir çağırışlar və perspektivli inkişaf yolları” mövzusunda onlayn beynəlxalq elmi konfransda iştirak ediblər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirin təşkilatçıları M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Belarus Dövlət Universiteti, Qazaxıstan Milli Texniki Tədqiqat Universiteti, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyası və Rusiya Coğrafiya Cəmiyyətidir.

Zakir Eminov “Azərbaycanın iqtisadi rayonlarında və sosial-iqtisadi mərkəzlərində demoqrafik vəziyyətin dəyişməsi”, Etibar Bədəlov isə “Azərbaycan Respublikasının şəhər aqlomerasiyalarında demoqrafik proseslər” mövzularında məruzələrlə çıxış ediblər.

Xəbər lenti