Logo

"Ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir"

07.05.2024 16:39 316 baxış
IMG

"Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli bir üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir".

Bunu "Tehsil.biz"ə açıqlamasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova deyib.

"Biz də ali təhsil müəssisəsi olaraq bu prosesə öz töhfəmizi vermək məqsədilə bu gün Karamanoğlu Mehmetbey Universiteti və Məmun Xorəzm Akademiyası ilə birgə "Yaşıl dünya: sosial-iqtisadi transformasiya" adlı beynəlxalq elmi konfrans təşkil etmişik. Konfransın əsas məqsədi elmi işçiləri bir araya gətirərək bu istiqamətdə onların tədqiqatlarını dinləməklə qarşıya çıxan problemləri birgə müzakirə etmək və məsələnin həlli yollarını tapmaqdır", - deyə P.Məmmədova qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti