Logo

Regional Təhsil İdarəsinin əməkdaşları şagirdin ölümü ilə bağlı araşdırma aparıb

07.05.2024 17:15 290 baxış
IMG

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfatı ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.

Bu barədə "Tehsil.biz"ə İdarədən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib:

“Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xəbər lenti