Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək.
Tehsil.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Həcc vizası olmadan ziyarətə gedənlər iyunun 2-dən etibarən 10 min riyal (2675 dollar) cərimələnəcək.
Qeyd olunub ki, bu hal təkrarlanacağı təqdirdə, cərimə ikiqat olacaq. Eyni zamanda, qeyd edilib ki, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.