Logo

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

07.05.2024 19:38 168 baxış
IMG

Kanadanın Ottava Universitetinin dəvətli professoru, ABŞ-ın Boston Kollecinin tədqiqatçı professoru, ARC Təhsildə Əməkdaşlıq Şəbəkəsinin yaradıcısı və prezidenti Endi Harqrivs mayın 8-i saat 17:00-da "Yeni çağırışlar" müzakirə proqramının qonağı olacaq.

Tehsil.biz xəbər verir ki, tədqiqatlarına 100 mindən çox istinad edilən, ABŞ-ın təhsil siyasəti müzakirələrinə ən çox təsir edən alimlərdən biri olan Endi Harqrivs ilə "Məktəblərdə iştirakçılıq və rifah" barəsində danışılacaq.

Endi Hanqrivs ABŞ Milli Təhsil Akademiyasının, Kral İncəsənət Cəmiyyətinin üzvüdür. O, Şotlandiyanın birinci nazirinin təhsil üzrə müşaviri, Məktəb Səmərəliliyi və Təkmilləşdirmə üzrə Beynəlxalq Konqresinin sabiq prezidenti, Ontarionun Baş nazirinin keçmiş müşaviridir. 50-dən çox ölkədə, ABŞ-ın 47 ştatında və Avstraliyanın bütün ştatlarında və Kanadanın bütün əyalətlərində çıxışlar edib. Kanada, ABŞ və Böyük Britaniyada təhsil tədqiqatlarındakı xidmətlərinə görə nüfuzlu mükafatlarla layiq görülüb. 2015-ci ildə Boston Kolleci ona Texnologiya ilə Tədrisdə Mükəmməllik mükafatı təqdim edilib. Honq-Konq Təhsil Universitetinin, İsveçin Uppsala Universitetinin və Böyük Britaniyanın Bolton Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. Bir sıra mükafatlara layiq görülən 30-dan çox kitabın müəllifidir. Cari layihələrindən biri LEGO Fondu tərəfindən maliyyələşdirilən və oyun əsaslı öyrənməyə fokuslaşan 40-dan çox məktəb şəbəkəsinin yaradılmasını, idarə edilməsini və nəzarəti əhatə edir.

“Yeni çağırışlar” müzakirə proqramı Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən təhsilin idarəolunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında Azərbaycan dilində canlı yayımlanacaq.

Xəbər lenti