Logo

DİM tərəfindən məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

17.12.2020 13:07 594 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən otk.az portalı vasitəsilə məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir.

 

İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər.

 

Bu onlayn test bankında 28535 test tapşırığı toplanıb.

 

Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.

 

İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.

Xəbər lenti