Logo

BDU aliminin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda çap olunub

23.05.2022 13:15 98 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Antibiotiklərə davamlı olan bakteriyalara qarşı əksmənalı agentlər” (Antisense agents against antibiotic-resistance bacteria) adlı icmal məqaləsi “Scopus” bazasinda indekslənən Q2 “Le İnfezioni in Medicina”( 2022-ci il) jurnalında çap olunub.

Tehsil.biz xəbər verir ki, hazırda bütün dünyada antibiotiklərə qarşı davamlı patogenlərin sayı durmadan  artır və cəmiyyətin sağlamlığı üçün böyük təhlükə yaradır. Antibiotiklərə davamlılığın nəticəsi kimi infeksion xəstəliklərin və ölümün sayı artır, eyni zamanda müalicəyə sərf olunan vəsaitin miqdarı çoxalır. Genlərin transkripsiyasını və ekspressiyasını tormozlayan oliqonükleotidlər əksmənalı agentlər adlanır. Vacib oliqonükleotidlərə tərkibi 10-20 əsasdan ibarət olan peptidli nuklein turşuları və qapalı nuklein turşuları aiddir.

İcmal məqalədə oliqonükleotidlərin genlərə təsir ilə patogen bakteriyaların inkişafının qarşısının alınmasının mümkünlüyü müzakirə olunur. Məqalədə irəli sürülən ideya və mühakimələr patogenlərə qarşı mübarizədə yeni perspektivlər açır.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

DOİ: 10.53854/liim-3002-3

Xəbər lenti