Logo

“Gələcəyin Günəşi” adlı sosial təşəbbüs həyata keçirilir - FOTOLAR

11.01.2021 17:50 584 baxış
IMG

“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Binəqədi Gənclər Evi / Binagadi Youth House-dan olan iştirakçıları “Gələcəyin Günəşi” adlı sosial təşəbbüs həyata keçirir. 

 

Təşəbbüsün məqsədi müəllim-valideyn-şagird münasibətlərinin düzgün tənzimlənməsinə dəstək olmaqdır.

 

10 yanvar 2021-ci il tarixində layihə komandası tərəfindən  “Bullinqi necə aradan qaldırmaq olar?” mövzusunda vebinar həyata keçirildi. Vebinar Təhsilin idarə olunması üzrə mütəxəssis, Bakı Ali Neft Məktəbinin, həmçinin Azərbaycan Britaniya Kollecinin müəllimi olan Qoşqar Məhərrəmov, Yevlax rayonu Rüstəmli kənd tam orta məktəbinin ingilis dili müəlliməsi Vəfa Fərəcli və Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi sədri Yusif Bəkirov olmaqla 3 təlimçi ilə həyata keçirilib. Vebinardan 60+ iştirakçı faydalanıb. 

 

Həmçinin, müzakirə zamanı iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

 

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.

 

Xəbər lenti