Logo

Avropa Azərbaycan Məktəbi MYP proqramı üçün akkreditasiya alıb

11.01.2021 21:03 480 baxış
IMG

Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi Beynəlxalq Bakalavriat Təşkilatından MYP proqramı üçün akkreditasiya alıb.

 

Bu barədə Təhsil Kompleksindən məlumat verilib.

 

Bildirilib ki, Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi Azərbaycanda bütün IB (Beynəlxalq Bakalavr) proqramlarına (PYP, MYP, DP) sahib olan azsaylı məktəblərdən biridir.

 

Avropa Azərbaycan Məktəbində 2017-ci ildə Beynəlxalq Bakalavriatın (IB) İbtidai Məktəb Proqramının (PYP), 2015-ci ildə isə IB Diplom Proqramının (DP) tətbiqinə səlahiyyət verilib.

 

Qeyd edək ki, Beynəlxalq Bakalavr (IB) sisteminin ikinci mərhələsi olan və 11-16 yaş arası uşaqlar üçün tətbiq olunan Orta Təhsil Proqramı (MYP) şagirdləri yaradıcı, tənqid etməyi bacaran və dərrakəli düşünməyə təşviq edən təhsil modelidir. Bu təhsil modeli şagirdlərin ənənəvi sahələrdəki işləri ilə real dünya arasında əlaqələr qurmaq məqsədi daşıyır və intellektual inkişafa önəm verir.

 

MYP tədris proqramı səkkiz mövzu qrupundan ibarətdir: dil mənimsəmə, dil və ədəbiyyat, fərdlər və cəmiyyətlər, elm, riyaziyyat, sənət, bədən tərbiyəsi və sağlamlıq təhsili, dizayn.

Xəbər lenti