Logo

"Qəbul imtahanlarına Vətən Müharibəsi haqqında da suallar düşəcək" - DİM Sədri

14.01.2021 17:35 745 baxış
IMG

"Vətən Müharibəsi ilə bağlı "Abituriyent" jurnalında müəyyən məqalələr çap edəcəyik ki, imtahanlarda iştirak edən hər bir şəxs faktları həmin məqalələrdən istifadə etsin". 

 

Tehsil.biz-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən Müharibəsindən də suallar daxil ediləcək. 

Xəbər lenti