Logo

Mingəçevirdə STEAM Mərkəzi istifadəyə verilib - FOTOLAR

28.06.2022 15:09 122 baxış
IMG

İyunun 28-də Mingəçevir şəhərində D.Nağıyev adına 9 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib. 

Tehsil.biz xəbər verir ki, Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və digər qonaqlar iştirak ediblər.

Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. 

Bildirilib ki, sözügedən Mərkəz ölkə üzrə 14-cü STEAM Mərkəzidir. 
Bu günədək Mingəçevir şəhər R.Muradov adına Texniki Humanitar lisey, 7 nömrəli tam orta məktəb, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə STEAM layihəsi tətbiq olunub. Mingəçevir üzrə 21 müəllim ümumilikdə təlimlərdən keçib. Layihə 575 şagirdi əhatə edir.

Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqəsdilə ölkə üzrə müxtəlif regionlarda STEAM Mərkəzləri yaradılmaqdadır.

 

Xəbər lenti