Logo

Kişi kimi davranan ilk qadın firon kim idi? - Tarixi fakt

09.08.2022 19:21 481 baxış
IMG

Kulis.az Misirin ilk qadın fironu haqda məlumatı təqdim edir.

Sobekneferu Misirin 12-ci sülaləsinin 8-ci və sonuncu hökmdarıdır. O, Misirin ilk qadın fironu idi. Sobekneferu “sobekin gözəlliyi” deməkdir.

Atası III Amenemhet uzun illər oturduğu taxt-tacı Sobekneferunun qardaşı IV Amenemhetə verdi. Sobekneferu qardaşı IV Amenemhet öldükdən sonra taxta çıxdı və Misirin ilk qadın fironu oldu.

Sobekneferunun hakimiyyət illəri dəqiq məlum deyil, lakin eramızdan əvvəl XIX əsrə aid edilir.

Sobekneferu cəsur və güclü xarakterə sahib idi. O, memarlığa böyük diqqət ayırırdı. Herdotun labirintini, atası III Amenemhet üçün tikdirdiyi türbə kompleksini və Herakleopolis maqnasındakı binaları buna sübut kimi göstərmək olar.

Deyilənə görə, Sobekneferu, adətən, kişi paltarı geyinir və reqaliyadan (monarxiya simvolu olan əşyalar – red.) istifadə edirdi.

Mısır'ın İlk Kadın Firavunu: Sobekneferu

Qədim Misirdə kişilər qadınlardan üstün hesab olunduğu üçün Sobekneferu fironu təmsil edərkən kişiyə xas xüsusiyyətlərə yiyələnmişdi.

Sobekneferunun dəfn olunduğu yer təsdiqlənməyib. Mazqunadakı IV Amenemhet məqbərəsinin yaxınlığında zədələnmiş piramida kompleksinin onun məzarı ola biləcəyi razılaşdırılır. Lakin başqa bir fakt da var: bu da ondan ibarətdir ki, onun məzarı hələ də aşkar edilməyib.

Xəbər lenti