Logo

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının qalibləri açıqlanıb

08.05.2025 08:34 71 baxış
IMG

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsirəddin Tusiyə həsr olunmuş,  V- IX sinif şagirdləri arasında keçirilən fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının nəticələri elan olunub. 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, olimpiadada iştirak edən şagirdlərimizdən ayrı- ayrı siniflər üzrə  fizika fənnindən 4, riyaziyyat fənnindən isə 9 şagird birinci yerin qalibi olub. 

Olimpiadada II, III yerlər haqqında məlumatla fizika fənni üzrə https://l24.im/R5wn, riyaziyyat fənni üzrə isə https://l24.im/3fv0K linkindən tanış olmaq mümkündür.

 

 

 

 


 

Xəbər lenti