Logo

Dövlət İmtahan Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO

27.09.2022 16:33 191 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdən öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

Xəbər lenti