Logo

“EaPEC 2022” beynəlxalq konfransı seksiya iclasları ilə davam edir

28.09.2022 23:51 100 baxış
IMG

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (EaPEC 2022) seksiya iclasları ilə davam edir.

AZƏRTAC xəbər verir ki, konfransın birinci günündə “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” istiqamətləri üzrə seksiya iclasları keçirilib.

“Avropada açıq və ədalətli elm üçün təlim ekosisteminin yaradılması”, “Milli Rəqəmsallaşma İmpuls Proqramı”, “Təhsil üçün SURF e-kontenti”, “Milli tədqiqat və təhsil şəbəkələri milli səviyyədə öyrənmə texnologiyalarının qəbulunu necə sürətləndirə bilər?”, “ULAKBİM-də “open access”in tətbiqi tarixi”, “AzScienceNet: nailiyyətlər, çağırışlar və perspektivlər”, “GRENA-da kibertəhlükəsizlik”, “Mərkəzi və Şərqi Avropada kibertəhlükəsizlik laboratoriyası və təhsil təşəbbüsləri” və s. mövzularda məruzələr təqdim olunub.

Xəbər lenti