Logo

İstək uğruna atılan daş

26.10.2022 09:24 499 baxış
IMG

Günün birində uşaq sapandı ilə "oynayırdı". Xeyli müddətdən sonra yorğun halda iri gövdəli ağacın yanına yaxınlaşdı. Bu zaman gözünə ana və bala quş sataşdı.

Ağacın sıx budaqları üstə bir-biri ilə oynayırdı. Sevinc cəh-cəhləri, qanad çırpıntıları insanda xoş təsir oyadırdı. Əvvəlcə uşaq bala quşu tutmaq istədi. Ona sahib olmağın yollarını aradı. Bu zaman ağlına bir fikir gəldi: sapandını ona tərəf tuşladı. Elə bu zaman bala quş anasının yanından – budaqdan uçaraq havaya qalxdı. Uşaq isə sapandını çəkərək bala quşu vurdu. Quş göydən pərvanə kimi yerə endi. "Qəhrəman" sevinərək yaralı və çarəsiz halda yerə düşən quşa tərəf şığıdı. Bu zaman ana quş bala quşun yanına endi. Bu mənzərəni görən uşaq qeyri-ixtiyari şəkildə yerində dayandı. Ana quşun fəryadına, ah-naləsin donmuş bədəni, bərəlmiş gözləri ilə seyr elədi. 

Ana quş qanadı ilə birlikdə özünü yerdən-göyə çırpdı, ancaq heçnə dəyişmədi. Bir vaxt sevincdən, xoşbəxtlikdən cəh-cəh vuran bala quş ayılmadı.

Ana quş dimdiyində  soxulcan gətdi. Bala quş heçnəyə əhəmiyyət vermədən qanlı və cansız bədəni ilə qara torpaq üzərində uzanmışdı. 

Ana quş fəryad etdi, göz yaşı tökdü. Artıq o da balasının yoxluğunu sanki anlamışdı. 

Uşaq bunu gördükdə peşman olaraq  ağlamağa başladı. Amma gec idi. 

Bəzən insanlar həyatda istədiklərinə çatmaq üçün  hər şey edirlər. Bəzən ağılsız davranış insanı qaranlığa, yaxud ucsuz-bucaqsız uçuruma sürükləyir. Çox istəyən insan, azdan da qalır – istədiklərindən də  məhrum olur. Onu öz "əlləri" ilə məhv edir.

Unutmayın, çox istədiyiniz şeyi əldə edə bilərsiz, amma bunu özünüzə, başqalarına zərər vermədən edin. 

Uşaq bala quşu görəndə onun cəh-cəh vurmasına, havada qanad çırparaq  göz oxşamasına valeh olur. Onu əlləri arasına almağı, öz quşu olmağını istəyir.  Düşüncəsiz istək bala quşun ölümünə səbəb olur. Sonda iki məqam görünür: özünün kədəri və ana quşun  acısı. 

Südabə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti