Logo

“Fridrix Qotlib Klopştokun maarifçilik görüşləri” mövzusunda elmi seminar keçirilib

27.11.2022 01:27 360 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında “Fridrix Qotlib Klopştokun maarifçilik görüşləri” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Sevinc Məmmədova bildirib ki, XVIII əsrin 70-80-ci illərində Almaniyanın mədəni həyatında böyük bir "partlayış" baş verdi. Bu "partlayış" alman ədəbiyyatı ilə başladı. "Fırtına və təzyiqçilər" adlanan bir dəstə gənc şair alman ədəbiyyatına öz töhfələrini verdi. “Fırtına və təzyiqçi” şairlər coşqun bir ehtirasla işləyir, çoxlu əsərlər yazıb yaradırdılar, onların belə məhsuldar yaradıcılıqlarında dövrün ictimai ədalətsizliyi öz əksini tapırdı. Bunlardan da biri Fridrix Qotlib Klopştokdur. Fridrix Qotlib Klopştok alman ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Məruzəçi qeyd edib ki, Klopşot alman ədəbiyyatını yeni formullarla zənginləşdirib: “Onun lirikası oxucunun gözündə dünyanı sadələşdirib. Onun poeziyasında insan hisslərinin tərənnümü oxucuları cəlb edib. Şeiriyyətinin bu xüsusiyyətləri Klopştoku alman sentimentalizminin sələflərindən birinə çevirib. Klapştok klassisizm estetikasının normativliyini rədd edib, antik ölçülərdən istifadə edərək sərbəst şeir janrına öz töhfələrini vermiş, poetik dil sahəsində novatora çevrilib. Klapştokun ustalığı bir də onunla bağlı idi ki, o, orijinal söz birləşmələri yaradıb, alman dilinin imkanlarından istifadə edərək yeni sözlər düzəltmiş, poetik neologizmlərlə ədəbi dili zənginləşdirib. Ədəbiyyat üçün yeni yol axtarışında olan ədib yeni formullar taparkən belə milli özünüdərki də gücləndirməyə çalışıb”.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb.

Xəbər lenti