Logo

"Bu tədbirlər kadr münasibətlərinin müasirləşməsinə səbəb olacaq"

20.12.2022 10:35 258 baxış
IMG

"Azərbaycanda gənc idarəçi kadrların bankının yaradılması məqsədilə təşkil olunmuş “Yüksəliş” müsabiqəsini və qaliblər üçün mentorluq proqramlarının təşkilini bu istiqamətdə aparılan siyasətin növbəti mərhələsi hesab etmək olar".

"Tehsil.biz"in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminarda deyib.

Onun sözlərinə görə, gənc idarəçilərin kadr bankının formalaşdırılması müasir standartlara uyğun yetişmiş insan resurslarının mövcud idarəetmə sisteminə məqsədyönlü və dəqiq inteqrasiyası məqsədi daşıyır:

"Bu kimi tədbirlər idarəetmə mühitinin və kadr münasibətlərinin müasirləşməsinə səbəb olacaqdır”.

Fəqan Əzimli

Xəbər lenti