Logo

Türküstan şəhərindəki Azərbaycan həftəsonu məktəbində 20 Yanvar şəhidləri yad edilib - FOTO

23.01.2023 19:01 331 baxış
IMG

Qazaxıstanın Türküstan şəhərində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin növbəti dərsinin mövzusu 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilib.

"Tehsil.biz"in məlumatına görə, öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şagirdlərə 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. Bildirilib ki, SSRİ rəhbərliyinin birbaşa əmri ilə sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhalini, o cümlədən məktəbliləri xüsusi amansızlıqla kütləvi şəkildə qətlə yetirib. Qara Yanvar hadisəsi insanlığa qarşı yönəlmiş cinayət kimi qiymətləndirilib. Müstəqil Azərbaycanda 20 Yanvarın Umümxalq Hüzn Günü kimi qeyd edildiyi, minlərlə insanın hər il Şəhidlər Xiyabanında 20 Yanvar qurbanlarını ziyarət etdiyi vurğulanıb.

Xəbər lenti