Logo

Qafqaz Universitetində və UNEC-də təhsil almış şəxslərə vəzifə verildi

06.02.2023 12:05 244 baxış
IMG

Rabitəbankda yeni təyinat olub.

"Tehsil.biz"in məlumatına görə, Aqşin Əsədzadə Biznes Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək fəaliyyətinə 2004-cü ildə “Rabitəbank”da başlayıb. Bu illər ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə rəhbərlik edib.

A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsində Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsil alıb.

Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki, bank sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl şirkətlərdə Baş analitikMaliyyə direktoru, Korporativ şöbənin müdiri vəzifələrində çalışıb.

R. İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013, Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına sahibdir.

 “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Xəbər lenti