Logo

TALIS-in sınaq mərhələsinə başlanılıb

06.02.2023 15:14 217 baxış
IMG

Azərbaycan TALIS (Təlim və Tədris üzrə Beynəlxalq Qiymətləndirmə) tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcək. Bununla bağlı 2023-cü il sınaq mərhələsinə hazırlıq prosesləri başlayıb.

Tehsil.biz xəbər verir ki, hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

Beynəlxalq tədqiqatın sınaq mərhələsi 2023-cü ilin fevral-mart ayları ərzində keçiriləcək. Bununla əlaqədar tədqiqatla bağlı maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. ADPU Strateji İnkişaf Mərkəzi tərəfindən 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları fevralın 14-nə kimi davam edəcək.

Qeyd edək ki, tədqiqatın pilot mərhələsi 2022-ci ildə baş tutub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edəcək. Tədqiqat müəllim və məktəb direktorlarının məktəblərdəki iş şəraiti və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur.

Xəbər lenti