Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

06.02.2023 17:25 358 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələ hər iki fənndən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə www.otk.az portalı üçün hazırlanmış yeni sınaq variantının müzakirəsi olub. 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış buraxılış proqramlarına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İşçi qruplarının növbəti iclası 13 fevral 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti