Logo

Vilnüs Universitetində Novruz bayramına həsr olunmuş Azərbaycan dili dərsi keçirilib - FOTO

26.03.2023 10:24 295 baxış
IMG

450 illik tarixi olan Vilnüs Universitetində fakültativ olaraq tədris olunan Azərbaycan dili dərsinin növbəti saatı Novruz bayramına həsr olunub.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Lalə Məcidovanın apardığı dərs prosesində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən Novruz Bayramı barədə iştirakçılara dolğun məlumatlar verilib.

Novruz Bayramı haqqında qısa film nümayiş olunub, bayramın əsas rəmzləri, şəkərbura, paxlava, şorqoğalı kimi bayram şirniyyatlarının mənalarının izahı verilmiş, baharın gəlişini əks etdirən xalq oyunları haqda, bu bayramın Azərbaycanla yanaşı müxtəlif şərq ölkələrində də geniş qeyd olunduğu bildirilib. 

Dərs saatı dinləyicilər tərəfindən böyük maraqla qarşılandığı üçün vaxtından xeyli uzun sürmüş, onların Azərbaycanla bağlı verdikləri çoxsaylı suallar cavablandırılıb.

Sonda isə onlar milli Azərbaycan şirniyyatına qonaq ediliblər.

Vilnüs Universitetində Azərbaycan dilinin tədrisi Azərbaycan Dillər Universiteti rəhbərliyinin, xüsusilə də rektor akademik Kamal Abdullanın Azərbaycan dili və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi önəm və ölkəmizin Litvadakı Səfirliyinin göstərdiyi dəstək sayəsində mümkün olub.

Xəbər lenti