Logo

Botanika İnstitutunun alimi “İstinadda rekord” diplomu ilə təltif olunub

28.03.2023 16:53 229 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomu ilə təltif olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib. Bildirilib ki, diplom D.Ağayevaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən təqdim olunub.

Qeyd edək ki, D.Ağayeva 2-si kitab olmaqla 153 elmi əsərin müəllifidir. Alimin 101 məqaləsi “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək impakt faktorlu xarici jurnallarda çap edilib. Nüfuzlu elmi bazalarda əksini tapan 80 məqaləsinə 836 istinad olunub.

Xəbər lenti