Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

28.03.2023 18:33 208 baxış
IMG

Dövlət İmtahan Mərkəzində martın 28-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif üçün “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Dərslikdə verilən 5 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

4 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti