Logo

Nazir müavini Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib - FOTO

30.03.2023 10:00 278 baxış
IMG

Elm və təhsil nazirinin müavini İdris İsayev Qırğız Respublikasının Bişkek şəhərində təşkil olunmuş Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, iclasda çıxış edən nazir müavini Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə həyata keçirilən fəaliyyətlərin üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. İdris İsayev türk dövlətləri arasında şagird və müəllim mübadiləsinin, habelə ortaq dərsliklərin hazırlanmasının önəmini qeyd edib.

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclası çərçivəsində İdris İsayev Qırğız Respublikasının təhsil və elm naziri Kanibek İmanaliyev ilə də görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Nazir müavini həmçinin Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi ilə Beynəlxalq Türk Akademiyası arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti