Logo

Mərkəzi Elmi Kitabxanada 31 Mart soyqırımına həsr olunmuş sərgi təşkil edilib

31.03.2023 13:18 216 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Sərgidə MEK-in fondlarında olan “Azərbaycan xalqına qarşı 1918-ci il Mart Soyqırımı. Azərbaycan tarixi: ilk mənbələr” üç cilddə sənədlər toplusu, “Ermənilər və həqiqətlər”, “Soyqırımı tarixinin dastanı”, “Soyqırımı. Nahaq qan yerdə qalmaz”, “Azəri soyqırımı”, “Tarixi adlara qarşı soyqırımı”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq”, “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı”, “Soyqırımı cinayəti” beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər, şərhlər toplusu və digər kitablar təqdim edilib.

Nəşrlərdə ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri dəhşətli qırğınlardan bəhs edən çoxsaylı arxiv sənədləri və materiallar toplanıb. Kitablarda, həmçinin XX yüzillikdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixi obyektiv təhlil edilib.

Xəbər lenti