Logo

Aparıcı startaplara dəstək mərkəzi SABAH.lab rebrendinq edib

02.06.2023 18:16 152 baxış
IMG

Azərbaycanın aparıcı startap və innovasiya mərkəzlərindən biri olan SABAH.lab rebrendinq edib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, mərkəz artıq SABAH.HUB Akselerasiya Mərkəzi adı altında fəaliyyət göstərəcək.

Rebrendinq çərçivəsində şirkət yeni brend adını, altistiqamətlərini, loqotipini, rəsmi veb-sayt (www.sabahhub.com) və sosial media kanallarının adlarını yeniləyib.

SABAH.HUB, həmçinin yenilənmiş strukturunu açıqlayıb. Mərkəz artıq SABAH.HUB adı altında 3 qurum üzrə fəaliyyət göstərəcək: SABAH.akademiya, SABAH.inkubasiya və SABAH.lab.

SABAH.akademiya – təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək hər kəs üçün əlçatan edir. Dörd aylıq müddət çərçivəsində proqram universitetlərin 1-ci kurslarından startaplara, eləcə də korporasiyalara qədər fərqli auditoriyalara müraciət edir.

SABAH.inkubasiya – proqram ideyası olan startap komandalarına və individuallara öz ideyalarını inkişaf etdirməkdə dəstək olmaqla yanaşı, onları layihələşdirir və akselerasiyaya hazır vəziyyətə salır.

SABAH.lab – minimal mümkün məhsulu olan startapları 5 aylıq proqram çərçivəsində maliyyə, mentorluq və kouçinq dəstəyi göstərməklə inkişaf etdirib investisiyaya hazır vəziyyətə gətirir.

Qeyd edək ki, SABAH.lab 2021-ci ilin oktyabrında Təhsil İnstitutu nəzdində yaradılmış startap akselerasiya mərkəzidir. Şirkətin məqsədi Azərbaycanda rəqabətli ekosistem yaradaraq iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməkdir.

Xəbər lenti