Logo

Neft-qaz texnologiyalarının geoloji əsasları haqqında dərs vəsaiti çap olunub

15.09.2023 18:40 188 baxış
IMG

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru professor Qalib Əfəndiyev, AMEA-nın həqiqi üzvü professor Əkpər Feyzullayev və fəlsəfə doktoru Maral Karajanovanın “Neft-qaz texnologiyalarının geoloji əsasları” adlı dərs vəsaiti çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, dərslikdə neft-qaz işi ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin tamamlanması məqsədilə neft sənayesinin inkişafı tarixindən qısa faktlar, quyuların qazılması, neftçıxarma texnologiyasının bəzi məsələləri, neft-mədən geologiyasından məlumat, geoloji kəsilişlərin öyrənilməsi üsulları, quyuların quruluşu və digər məsələlər öz əksini tapıb. Vəsaitin məqsədi müvafiq sahədə təhsil alan gəncləri müasir texnologiyalar, geoloji və texnoloji məlumatların əldə edilməsi və təhlili, optimal qərarlar qəbul edilməsi istiqamətində üsul və vasitələrlə tanış etməkdir.

Qeyd edək ki, dərs vəsaiti Neft və Qaz İnstitutunun Elmi şurası və Qazaxıstanın Ş.Yesenov adına Kaspi Dövlət Mühəndislik və Texnologiyalar Universitetinin akademik şurası tərəfindən çapa tövsiyə olunub.

Xəbər lenti