Logo

Akademik Muxtar İmanovun nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalda məqaləsi işıq üzü görüb

01.12.2023 19:31 144 baxış
IMG

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun nüfuzlu elmi bazalarda indeksləşən “Uluslararası Halkbilimi Araştırmaları Dergisi”ndə (UHAD) ingilscə “Eposda tarixilik problemi: arxetip düşüncə və epik yaradıcılıq” (“The Problem of Historicity in the Epic: Archetypal Thinking And Epic Creativity”) adlı məqaləsi işıq üzü görüb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, folklor sahəsində aparılan müasir tədqiqatların nəşr olunduğu jurnal ULAKBİM DergiPark, ERIHPLUS, EBSCO kimi beynəlxalq bazalarda indeksləşir.

Müəlllif məqalədə folklorun tarixi gerçəkliyə münasibətini epos düşüncəsi kontekstində təhlilə cəlb etmiş və problemlə bağlı mövcud olan elmi-nəzəri yanaşmalar çərçivəsində folklorda tarixiliyin sadə təsvir səviyyəsində əks olunmadığını vurğulamışdır. Bu müstəvidə müəllif bildirmişdir ki, folklorda tarixilik arxetip düşüncənin tərkib hissəsidir və kollektiv yaradıcılığın ənənəvi münasibəti kontekstində özünəməxsus interperetasiya məzmunu əldə edir. Odur ki, nə folklorda təsvir olunan hadəsələrə, nə də obrazlara sadə tarixilik kontekstində yanaşma özünü doğrultmur. Məsələlərin mahiyyətini açmaq üçün daha çox arxetip düşüncə və mənalar kontekstində tarixiliyə yanaşmaq lazımdır. Bu kontekstdə akademik Muxtar İmanov qeyd etmişdir ki, istər folklor düşüncəsində mövcud olan tarixilik, istərsə də real tarixin folklorda inikası bütün hallarda yaradıcılıq hadisəsinin bir hissəsidir. Bu mənada tarixi hadisələri və tarixi şəxsiyyətləri əks etdirməkdən daha çox xalq təsəvvüründəki arxetipləri əks etdirmək eposla yanaşı, bütöv­­lük­də folklorun səciyyəvi xü­susiyyətlərindən biri kimi özü­nü göstərir. Həmçinin müəllif məqalədə göstərir ki, folklorda tarixilik anlayışına yanaşma, ayrı-ayrı janrların poetik xüsusiyyətləri baxımdan da müəyyən spesifikaya malikdir. Bu mənada folklorda tarixilik nə sadə bioqrafik təsvir, nə də real hadisələrin sadə təsviri kimi yox, eposun daxili poetik sistemi çərçivə­sində ortaya çıxır.

Məqalədə, həmçinin “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq eposları ilə yanaşı, “Qurbani”, “Abbas-Gülgəz” və başqa məhəbbət dastanları da araşdırmaya cəlb olunaraq folklor və tarix münasibətlərinin müxtəlif aspektlərinə aydınlıq gətirilib.

Xəbər lenti