Logo

Professor Qəzənfər Kazımovun yeni monoqrafiyası çap olunub

08.12.2023 13:01 165 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə professor Qəzənfər Kazımovun “İsmin qrammatik kateqoriyalarının tarixi” monoqrafiyası çap olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Kitabın redaktoru professor Sayalı Sadıqova, rəyçiləri professorlar Sevil Mehdiyeva və İlham Tahirovdur. Monoqrafiyada ismin hal, mənsubiyyət, kəmiyyət kateqoriyası diaxronik istiqamətdə sistemli şəkildə araşdırılıb.

Azərbaycan dilində ismin hallarını əmələ gətirən, hal kateqoriyasını formalaşdıran morfoloji əlamətlərin tarixi çox qədimdir. Bu əlamətlər hələ şumer dövründə tam formalaşmış şəkildədir. Müəllifin gəldiyi qənaətə görə, şumerdəki ismin halları həm məzmun, qrammatik, semantika, həm də formal əlamətləri Azərbaycan dilindəki hallarla demək olar ki, eynidir.

Monoqrafiya Azərbaycan dilinin tarixi haqqında bir sıra diqqətəlayiq nəticələr çıxarmağa imkan verir. Müəllif çox qədim dövrlərdən Azərbaycan dilində ismin qrammatik kateqoriyalarının inkişaf etdiyini mövcud faktlar əsasında müəyyənləşdirib.

Xəbər lenti