Logo

Sosial Xidmətlər Agentliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub - FOTO

20.02.2024 22:00 162 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovla görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, V.Behbudov müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qonaqlara Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən müxtəlif sosial xidmətlər barədə ətraflı məlumatlar verilib.

Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, vətəndaşların bu xidmətlərə əlçatanlığının yüksəldilməsi, eləcə də xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımlar da diqqətə çatdırılıb.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov görüşə görə təşəkkür ediblər.

Sonra İ.Baxışova Tahirli və T.Ələkbərovu maraqlandıran suallar cavablandırılıb, sosial xidmətlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti