Logo

İstanbulda “Adsız qadın” tamaşası nümayiş olunub - FOTO

03.03.2024 20:00 191 baxış
IMG

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “Adsız qadın” tamaşası və Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub.

Tehsil.biz xəbər verir ki, tədbir Xarıbülbül Azərbaycan Vizyon Teatr Dərnəyinin və İstanbul Ümraniyə Bələdiyyəsi tərəfindən birgə təşkil edilib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımı barədə danışıb, bu faciəni ötən əsrin ən qanlı hadisələrindən biri kimi qiymətləndiriblər. Sonra Xocalı soyqırımına həsr edilən “Adsız qadın” tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri, yazıçı-dramaturq Aygün Həsənoğlunun ssenarisi əsasında hazırlanan tamaşanın rejissoru Elçin İmanovdur. Tamaşada rolları Kamalə Cabbarova, Bülent Altay, Ada Işık və Behram Afsal oynayıblar. Geyim və qrim ustası Lətafət Ramazanovadır.

Tamaşa ənənəvi olaraq Xocalı soyqırımının ildönümü tədbirləri çərçivəsində İstanbulda və digər şəhərlərdə səhnəyə qoyulur.

Tamaşa ailə üzvlərini tamamilə itirən Azərbaycan qadınının erməni girovluğunda gördüyü işgəncələrdən bəhs edir.

Xəbər lenti