Logo

Xarici alimlər Mərkəzi Elmi Kitabxanada olublar - FOTO

15.03.2024 18:46 151 baxış
IMG

Bakı Su Həftəsi çərçivəsində Azərbaycana gəlmiş UNESCO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Serbiya Respublikası Milli Komissiyasının sədri, Belqrad Universitetinin professoru Yovan Despotoviç, Gürcüstan Milli Elmlər Akademiyasının Təbii fəlakətlər üzrə elmi problemlərin tədqiqi komissiyasının sədri professor Givi Qavardaşvili, həmçinin “Azərsu” ASC Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olublar.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, kitabxananın direktoru professor Məmməd Əliyev qonaqlara MEK-in fəaliyyəti, beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verib. Qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları, həmçinin Nadir kitablar və qiymətli nəşrlər fondlarında olublar. Burada qorunan müxtəlif elm sahələrinə aid xarici dillərdə kitablar, habelə Azərbaycan dövlətçiliyinə, Vətən müharibəsinə və şəhidlərə həsr olunan dəyərli nəşrlər qonaqların diqqətini xüsusi cəlb edib.

Görüş zamanı qonaqlara MEK tərəfindən nəşrlər hədiyyə olunub. Qarşı tərəfdən isə professor Givi Qavardaşvili müəllifi olduğu kitabları MEK-ə təqdim edib.

Xəbər lenti