Logo

Fransada məktəbliləri daşıyan avtobuslar yük maşını ilə toqquşub

26.04.2024 23:48 194 baxış
IMG

Fransanın şimalındakı Kale şəhərində yol qovşağında Almaniya və Fransadan olan məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub.

Tehsil.biz “La Voix du Nord” qəzetinə istinadən xəbər verir ki, qəzada 26 məktəbli yaralanıb.

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır və o, Kale xəstəxanasına yerləşdirilib.

Ümumilikdə isə avtobuslarda yüzdən çox orta məktəb şagirdi olub.

Xəbər lenti