Logo

Bakı-İstanbul liseyi ilə Cocuq Mərcanlı məktəbi arasında dostluq əlaqələri quruldu - FOTO

26.04.2024 19:50 198 baxış
IMG

Bakı-İstanbul liseyi ilə Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında dostluq və əməkdaşlıq əlaqələri qurulub. 

Tehsil.biz xəbər verir ki, “Qardaşlaşmış məktəblər” layihəsində Bakı-İstanbul liseyinin şagirdləri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri arasında idmanın futbol növü üzrə yoldaşlıq oyunu baş tutub.  

Sonra “Aprel Zəfəri - Qələbəyə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə hər iki məktəbin şagirdləri öz çıxışları ilə izləyicilərə unudulmaz anlar bəxş ediblər. 

Tədbirin sonunda isə iki məktəb arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Xəbər lenti