Logo

Milli Məclisin sədri ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

26.03.2024 12:44 121 baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə spiker diqqətə çatdırıb ki, Azərbaycan ICESCO ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığa xüsusi önəm verir.

Həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyəti və aparılan müzakirələrin aktuallığı vurğulanıb. QHPŞ-də İCESCO-ya müşahidəçi statusunun verilməsinin tərəflər arasında əməkdaşlığa töhfə verəcəyi bildirilib.

Söhbət zamanı Salim bin Məhəmməd əl-Malik imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Xəbər lenti