Logo

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

29.03.2024 14:04 122 baxış
IMG

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilov və həmin şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nubar Həkimovanın həmmüəllifliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” adlı kitab çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsindəki fəaliyyətindən, bu ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində qeyri-maddi mədəni irsimizin öyrənilməsi, qorunması və təbliği sahəsindəki xidmətlərindən bəhs olunub.

Ulu Öndər Heydər Əliyevin mərasim mədəniyyətimizlə, folklorumuzla bağlı xidmətlərini rəsmi-siyasi, ictimai, elmi və hüquqi aspektlərdə təsnif edərək öyrənmək olar. Kitabda bu aspektlərin hər biri diqqətdə saxlanılıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir.

Xəbər lenti