Logo

Bolnisidə azərbaycanlı gənclərə COP29 haqqında məlumat verilib

14.04.2024 11:38 290 baxış
IMG

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində yeniyetmə və gənclərə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 barədə məlumat verilib.

"Tehsil.biz"in məlumatına görə, bildirilib ki, Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Gənclərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un möhtəşəmliyi, miqyası ilə bağlı fikirləri çatdırılıb.

Qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkə üçün yüksək etimadın göstəricisi olduğu vurğulanıb.

Xəbər lenti