Logo

Mərkəzi Elmi Kitabxanada füzulişünas alimlərlə görüş olub - FOTO

16.05.2024 16:37 141 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) füzulişünas alimlərlə görüş keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, görüşdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Tahirqızı Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı il ərzində keçiriləcək çoxsaylı tədbirləri diqqətə çatdırıb.

Həmin tədbirlər silsiləsindən olan bu görüşə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları olan alim tədqiqatçıların dəvət olunduğunu vurğulayıb. Qeyd edib ki, 1994-cü ildə Füzulinin 500 illik yubileyinin keçirilməsi, çoxsaylı respublika, eləcə də beynəlxalq konfransların təşkil edilməsi Ümummilli Lider Heydər Əliyevin dahi şairin yaradıcılığına verdiyi böyük dəyərin nəticəsi olub. Bu il isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Məhəmməd Füzulinin 530 illiyi qeyd olunur.

Tədbirdə Əlyazmalar İnstitutu əməkdaşlarının “Füzuli yaradıcılığının irfani və poetik xüsusiyyətləri”, “Bangü-Badə”də tarixi əks etdirən hadisələr” mövzularında məruzələri dinlənilib.

Görüşün sonunda MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri Aytən Əliyeva Əlyazmalar İnstitutunda saxlanılan Füzulinin “Divan”ının UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edildiyini sevindirici hal hesab edib. Diqqətə çatdırıb ki, hazırda əsər əski əlifbadan transfoneliterasiya edilir.

Xəbər lenti