Logo

Mikrobiologiya İnstitutunun əməkdaşının məqaləsi “Scopus” bazasına daxil olan nüfuzlu jurnalda dərc edilib

20.05.2024 20:18 152 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının kiçik elmi işçisi, Azərbaycan Elm Fondunun elan etdiyi “Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsinin” qalibi, fond tərəfindən maliyyələşdirilən və hazırda uğurla davam edən “Çirkli suların təmizlənməsində neftlə çirklənmiş torpaqlardan ayrılan yüksək lipolitik aktivliyə malik göbələklərdən istifadənin elmi-metodiki əsaslarının hazırlanması” layihəsinin rəhbəri Aqil Əhmədlinin elmi məqaləsi “Scopus”a daxil olan jurnalda dərc edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, mikromisetlərin bioremediasiyada istifadə imkanlarının müəyyənləşdirilməsi olan bu tədqiqat işində yüksək lipolitik aktivliyə malik Aspergillus sp.-17, Rhizopus sp.-81, Penicillium sp.-94 göbələk ştamlarının neftin müxtəlif qatılığına tolerantlığı və nefti biodeqradasiya etmə qabiliyyətinin təyini tədqiq olunub. Alınmış nəticələrə əsasən hər üç ştamının çirkli suların təmizlənməsində və neftlə çirklənmiş torpaqların bioremediasiyasında istifadəsinin yüksək nəticələr verməsi müəyyən olunub.

Məqalədə ilk dəfə olaraq yerli bioresurslar hesabına göbələk mənşəli lipolitik fermentlərdən istifadə etməklə Bakı və Abşeron yarımadasının neftlə çirklənmiş torpaqları və daxili su hövzələrinin, eyni zamanda, özünəməxsus bioresurs potensialına malik Xəzər dənizinin bioloji təmizlənməsi üzrə əldə edilmiş elmi nəticələrdən bəhs edilib.

Xəbər lenti