Logo

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

21.05.2024 13:24 164 baxış
IMG

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta sahəsində maarifləndirmə işini həyata keçirir. Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva və həmin şöbənin əməkdaşı Emil Lətifov Əqi Mülkiyyət Agentliyinin kollektivinə təlim keçiblər.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlim iştirakçılarına icbari tibbi sığorta haqqında ümumi məlumat, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və bu kimi mövzular haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları cavablandırılıb.

Xəbər lenti