Ssenarist Kris Çibbnel “Netflix” ilə birlikdə Aqata Kristinin “Yeddi siferblatın sirri" romanının ekranlaşdırılması üzərində işləyir.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, serialda Battl superintendant rolunu Martin Friman oynayacaq. Ledi Karterhem rolunu Helena Bonem Karter canlandıracaq. Aparıcı rollardan daha birini isə Mia Makkenna-Bryus ifa edəcək.
Serialın süjetindəki hadisələr, kitabda olduğu kimi, 1925-ci ildə baş verir. Malikanələrin birində təşkil olunan qonaqlıqda qətl hadisəsi törədilir. Cinayətkar mərhumun cəsədinin yanında 7 zəngli saat qoyur. Superintendant Battl işi araşdırmağı öz üzərinə götürür.
“Netflix”də yayımlanacaq serialın çəkilişləri bu yay başlayacaq.