Logo

MEK-in şöbələri hesabat təqdim ediblər

19.06.2024 22:19 175 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktorunun sədrliyi ilə kitabxananın 2024-cü ilin yarımillik hesabatı dinlənilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış edərək, ölkədə bütün sahələrə olduğu kimi, kitabxana sahəsinə yüksək dövlət qayğısından danışıb, keçirilən hesabatı irəlidə baş tutacaq AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabat iclaslarına hazırlıq kimi qiymətləndirib. Direktor, həmçinin kitabxana işinin tənzimlənməsində və səmərəliliyin artırılmasında hesabatların zəruriliyini vurğulayıb.

Daha sonra MEK-in Avtomatlaşdırma və proqram təminatı, Elektron Resurslar, Kataloqlaşdırma, Komplektləşdirmə, Biblioqrafik nəşrlər, Biblioqrafik və elektron-informasiya xidməti, Elektron xidmətlər, Xidmət, Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, İctimaiyyətlə əlaqələr, İnnovativ layihələr və metodiki təminat, Beynəlxalq əlaqələr, Reproqrafiya, Sənədlərlə iş şöbələrinin, o cümlədən Nadir kitablar və qiymətli nəşrlər, Qarabağ müharibəsi qəhrəmanları, Xarici dillərdə ədəbiyyat, Azərbaycan dilində ədəbiyyat və mübadilə fondlarının cari ilin 6 ayı ərzində gördükləri işlərə dair hesabatları dinlənilib. Hesabatlarda kitabxana fondunun daha da zənginləşdirilməsi, kitab dövriyyəsinin səmərəsinin artırılması, kitabxanalararası abonement təcrübəsinə müraciət, oxu zallarından istifadə imkanlarının genişləndirilməsi, oxucuya xidmətin səviyyəsini artırmaq məqsədilə elektron kitabxana sahəsində işlərin sürətləndirilməsi, yeniliklərin daha da geniş təbliğinin aktivləşdirilməsi üçün ictiamiyyətin və elmi müəssisələrin müntəzəm olaraq məlumatlandırılması və s. bu kimi önəmli məsələlərə aydınlıq gətirilib.

Direktor hesabatlarda kitabxananın 2024-cü ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğunu müsbət qiymətləndirib, xüsusilə elektron-kitabxana sahəsində görülən işlərin vacibliyini qeyd edib, bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb, bəzi qeyd və təkliflərini səsləndirib.

Xəbər lenti