Logo

Emin Əmrullayev Basketbol Liqasının yeni mövsümünün açılışında iştirak edib

11.10.2024 12:09 185 baxış
IMG

Oktyabrın 10-da Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib. 
 

Tədbirdə əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub. Daha sonra Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib.
 

Gənclər və idman naziri Fərid Qayıbov geridə qalan illər ərzində basketbol idman növü ilə bağlı bir çox işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, komandaların sayı artdıqca, basketbolun səviyyəsi də inkişaf edir. 
 

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev əvvəlcə ötən mövsümdə əldə olunan nəticələrə görə idmançılara, məşqçilərə təşəkkürünü ifadə edib. Uşaq basketbolunun inkişafının vacibliyini diqqətə çatdıran Emin Əmrullayev bu istiqamətdə aparılan işlərdən danışıb. Federasiya olaraq addım-addım irəlilədiklərini söyləyən ABF prezidenti əsas məqsədin ölkədə basketbolu daha da populyarlaşdırmaq olduğunu qeyd edib. 
 

Yeni mövsümün daha maraqlı olacağını söyləyən Emin Əmrullayev sonda komandalara uğurlar arzulayıb. 
 

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024-2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

 

Xəbər lenti