Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev və tələbə heyəti hazırda davam edən Beynəlxalq elmi-praktiki tələbə konfransında iştirak edirlər.
Konfransın açılış mərasimində Çeçenistan Respublikasının millət vəkili, parlament sədrinin müavini Adnan Nağayev, ÇDPU-nun prorektorları, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan universitetlərinin nümayəndələri iştirak ediblər.
Millət vəkili, parlament sədrinin müavini Adnan Nağayev konfrans iştirakçıkarını salamlayıb, tədbir haqqında fikirlərini bildirib.
Konfransın açılış nitqini edən dos. Nigar Zeynalova tədbirin əhəmiyyəti və gələcək perspektivlərindən bəhs edib. Çeçenistan Dövlət Pedaqoji Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ahmed Ajiyev qeyd edib ki, müəllimlər xüsusi uşaqların təcriddən çıxmasına və adi məktəblilər arasında empatiyanın inkişafına kömək etməlidir.
Daha sonra ADU tələbələri konfransın mövzusu ilə bağlı çıxış ediblər.
Beynəlxalq konfrans “Rusiya və Azərbaycanın təhsil məkanında gələcək müəllimlər arasında inklüziv mədəniyyətin formalaşdırılması üzrə pedaqoji strategiyalar” dövlət tapşırığı çərçivəsində keçirilib.
Qeyd edək ki, tədbir Rusiya Federasiyası Maarif Nazirliyinin dəstəyi ilə beynəlxalq əməkdaşlıq və beynəlxalq təhsil əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunub.