Logo

GDU-da Məhəmməd Füzulinin yaradıcılığından danışılıb

28.11.2024 14:37 146 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) “Füzuli-530” adlı tədbir keçirilib.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutmasından danışıb. Prorektor bildirib ki, onun əsərləri yarandığı ilk vaxtlardan müəllifinə böyük şöhrət qazandırıb.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti Aparatının şöbə müdiri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aynur Mahmud “Füzulinin kamil aşiqi Məcnun” adlı məruzəsində vurğulayıb ki, Məhəmməd Füzulinin irihəcmli əsərləri ilə yanaşı, qəzəlləri də söz sənətimizin ölməz abidələridir.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova “XIX əsr Azərbaycan poeziyasında Füzuli ənənələri”, həmin kafedranın əməkdaşları Afaq Yusifli “Füzuli irsi və çağdaş poeziya”, Yeganə Hüseynova “Füzuli yaradıcılığına Bəxtiyar Vahabzadə gözü ilə”, Vüsal İsgəndərov “Sabir Əliyevin elmi-nəzəri görüşləri” adlı məruzə ilə çıxış ediblər.

Tədbirdə tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.

Xəbər lenti