Logo

“Fundamental Astronomiya” kitabının təqdimatı olub

08.12.2024 12:56 134 baxış
IMG

Tusi-Bohm Planetariumda Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində dünyaca məşhur “Springer Nature” nəşriyyatının çap etdirdiyi “Fundamental astronomy” (Hannu Karttunen, Pekka Kröger, Heikki Oja, Markku Poutanen, Karl Johan Donner) kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından TƏHSİL.BİZ-ə bildiriblər ki, təqdimat mərasimində əvvəlcə Həvəskar Astronomlar Cəmiyyəti İctimai Birliyi tərəfindən təqdim edilmiş və müsabiqədə qalib olmuş “Astronomiya olimpiadasının üstünlüyü: Azərbaycan dilində STEM təhsil” adlı layihənin rəhbəri Famil Mustafa kitabın ərsəyə gəlməsində əziyyəti olanlara dərin təşəkkürünü bildirib.

Sonra tədbirin qonaqları - Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiri dosent Kəmalə Alışeva, kafedranın əməkdaşı dosent Xıdır Mikayılov, AMEA-nın müxbir üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi professor Əyyub Quliyev, “Həvəskar Astronomlar Cəmiyyəti” İB-nin sədri Faiq Nağıyev çıxış edərək Azərbaycan dilinə tərcümə edilmiş bu kitaba böyük ehtiyacın olduğunu, onun vacibliyini vurğulayıblar. Qeyd edilib ki, bu kitabdan ali məktəblərdə müəllim və tələbə heyəti, respublika və beynəlxalq astronomiya Olimpiadasına hazırlaşan şagirdlər, həmçinin astronomiyaya marağı olan digər şəxslər faydalana bilərlər.

Tədbirin sonunda qonaqlara kitablar hədiyyə edilib.

Xəbər lenti