Logo

“Sabahın alimləri” müsabiqəsinə yeni istiqamət əlavə edilib

09.12.2024 10:46 107 baxış
IMG

“Bu il  “Sabahın alimləri” müsabiqəsinin təşkili ilə bağlı edilən dəyişiklik layihə istiqamətlərinin sayının artırılması və onların sırasına süni intellektin əlavə edilməsidir”. 

Bunu TƏHSİL.BİZ -ə müsahibəsində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, artıq müsabiqəyə süni intellekt də daxil olmaqla, 9 istiqamət üzrə layihə təqdim etmək imkanı yaradılıb: “Süni intellekt günümüzün ən aktual və maraqlı sahələrindən biridir. Şagirdlərimizin həmin istiqamət üzrə də müxtəlif tədqiqat işləri aparacaqlarına, gözəl layihələr  hazırlayacaqlarına əminik”. 

Qeyd edək ki bu tədris ilində 14-cü dəfə keçiriləcək “Sabahın alimləri” müsabiqəsinin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi, seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsidir. 

Xəbər lenti