2024-cü ilin elmi statistikasına nəzər salsaq, Azərbaycan alimlərinin müxtəlif elmmetrik və rəqəmsal göstəricilərdə əhəmiyyətli irəliləyişlərə nail olduqları görünür. Bu baxımdan “Scopus” üzrə göstəriciləri xüsusi qeyd etmək olar. Elmi nəşrlərin istifadə trendlərində və bütün kateqoriyalarda artım müşahidə edilir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) şöbə müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, son üç ildə Azərbaycan alimlərinin elmi işlərinin sayı 3672-yə çatıb: “Dünyada ən çox istinad edilən TOP 10 göstəricisinə görə yerli elmi işlərin xüsusi çəkisi 1.8 faizdən 10.5 faizə qədər artıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli irəliləyişdir və ölkəmizin elmi potensialının yüksəlişini əks etdirir”.